Geri

7 may 2012-ci il saat 11.45-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 10:38 və 10:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4,3 və 4,5 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. Son məlumata əsasən tələfat və xəsarət alanlar yoxdur. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Geri

7 may 2012-ci il saat 11.45-dək ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 7 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. İlkin məlumat əsasən, bəzi tikililərdə çatlar əmələ gəlmişdir. Son məlumatlara əsasən tələfat və xəsarət alanlar yoxdur. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Geri

7 may 2012-ci il, saat 09:00-dək:

Saatlı rayonu, Gomuşçu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda, Ballabur kənd sakini olan azyaşlının əlinin ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması və onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini çıxarmışlar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda “Mercedes-Benz” markalı minik avtomobili yol kənarında olan elektrik dirəyinə çırpılmışdır. Zərbə nəticəsində alovlanan avtomobilin yanar hissələri yanmışdır. Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət almış və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.