Geri

7 may 2012-ci il, saat 09:00-dək:

Saatlı rayonu, Gomuşçu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda, Ballabur kənd sakini olan azyaşlının əlinin ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması və onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini çıxarmışlar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda “Mercedes-Benz” markalı minik avtomobili yol kənarında olan elektrik dirəyinə çırpılmışdır. Zərbə nəticəsində alovlanan avtomobilin yanar hissələri yanmışdır. Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət almış və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.