Geri

6 may 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi  nəticəsində 3 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından daxil olmuşlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış azyaşlılar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:33-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Evin çardaq hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “VAZ” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “Mercedes” markalı minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:52-də başa çatmışdır;

Saatlı rayonu, Dəlilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 15 kv.m olan köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-dayanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində qazıntı işləri apararkən üzərinə torpaq tökülmüş 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri torpaq altından çıxardaraq aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 20.00 -da başa çatmışdır;

Saatlı rayonu, Əlisoltanlı kəndində (rayon mərkəzindən 7 km aralı) “CTS Aqro” MMC pambıq təmizləmə zavodunun ərazisində ümumi çəkisi 350 ton olan pambıq tayasının 3 tonu yanmışdır. Pambıq tayasının qalan hissəsi və yaxınlıqdakı digər tayalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə  olunmuşdur. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 2 kv.m sahədə yanmışdır. Yanğın,yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 500 kv.m olan hazırda təmirə dayanmış “Kimyaçı” Mədəniyyət Sarayının ikimərtəbəli binasının zirzəmisində 10 kv.m sahədə taxta materiallar yanmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzilin giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 22:48-də başa çatmışdır;

Abşeron rayonu Aşağı Güzdək kəndində Azərbaycan Elmi-tədqiqat, Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitunun nəzdində fəaliyyət göstərən, ümumi sahəsi 160 kv.m olan laboratoriya binasının yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı digər tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “AZSAMAND” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğın saat 00:58-dəyanğınsöndürənlər tərəfindən söndürülmüşdür.