Geri

4 may 2012-ci il, saat 15:50-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

4 may 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 2001-ci il təvəllüdlü 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısı təsadüfən kilidlənmişdir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Uşaq valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 10:35-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:27-də başa çatmışdır;

Ağcabədi rayonu, Mayis kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan qamışdan ibarət ferma 40 kv.m. sahədə yanmışdır. Fermanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində dənizdə (xilasetmə məntəqəsindən 2 km aralıda) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:14-də başa çatmışdır;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1300 kv.m olan fermanın içərisində 200 kv.m. sahədə yerə döşənmiş saman örtüyü yanmış və orada olan cücələr (sayı məlum deyil) tələf olmuşdur. Ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkan qəfəsində 10 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə partlayış baş vermiş, evdə olan 1 nəfər xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın hadisəsi və dağıntı olmamışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində “VAZ-2106” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, “VAZ-2106” markalı avtomobilin sürücüsü xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:45-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.