Geri

9 aprel 2012-ci il, saat 12:15-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təchizatının kəsilməsi səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:09-da başa çatmışdır;

6 aprel 2012-ci il tarixində Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqda dənizə çıxmış və batmışdır. Aparılmış axtarış-xilasetmə əməliyyatı nəticəsində 9 aprel 2012-ci il tarixində R.Əliyevin cəsədi batdığı ərazidən, təxminən, 500 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:44-də başa çatmışdır.

Geri

9 aprel 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m (hər mərtəbəsi 65 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstryuksiyaları 35 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın zamanı mənzildə olan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunmuş və aidiyyəti üzrə təhvil verilmişdir. Yanğın saat 14:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində Azərbaycan İstilik Elektrik Stansiyasının yağ tənzimləmə turbinində yağ sızması nəticəsində klapanda ani alışma baş vermişdir. Qəza vəziyyəti aradan qaldırılana kimi yanğınsöndürənlər hadisə yerində növbə çəkmişlər. İlkin ehtimala görə, hadisəyə texnoloji prosesin pozulması səbəb olmuşdur;

Qəbələ şəhərində vətəndaşa məxsus ümumi sahəsi 282 kv.m olan dəmir talvarın lambir üzlüyü 25 kv.m sahədə və kol-kosdan ibarət cəpər 30 p.m yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexinin taxta konstruksiyalardan ibarət tavanı 35 kv.m sahədə yanmışdır. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Zuxul və Yuxarı Tahircal kəndlərində (rayon mərkəzindən 50 km aralı) kənd bələdiyyələrinə məxsus dağlıq ərazilərdə 150 ha sahədə yabanı otlar yanmışdır. Yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunmuşdur. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Qaşqaçay kəndində (rayon mərkəzindən 45 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə kol-kos və 2 ha  sahədə qamışlıq yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 20 kv.m sahədə və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə yanmışdır. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 22:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Yanğın saat 22:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:30-da başa çatmışdır;

Ağcabədi rayonu, Şənlik kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 88 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində Etilen-Polietilen Zavodunun həyətində qaz daşıyan "KAMAZ" markalı yük avtomobilinin qazla dolu çəni partlamışdır. Nəticədə, avtomobilin çəni dağılmış, yaxınlıqda dayanmış digər "KAMAZ" markalı qaz daşıyan avtomobilin çənini zədələmiş və qaz sızması yaranmışdır. Yanğın hadisəsi olmamışdır. Qəza vəziyyəti aradan qaldırılana qədər yanğınsöndürənlər hadisə yerində növbə çəkmişlər. Partlayışın başvermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə itkin düşmüş 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyevin axtarışları 8 aprel 2012-ci il tarixində davam etdirilir. Axtarışlar hələlik nəticə vermir.