Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstryuksiyaları 35 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Mənzildə kirayənşin kimi yaşayan 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürüənlər tərəfindən xilas olunmuş və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Yanğın saat 14:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:24-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının yağ tənzimləmə trubinində yağ sızması nəticəsində klapanda ani alışma baş vermişdir. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın xidməti qəza vəziyyəti aradan qaldırılana kimi hadisə yerində növbə çəkmişlər;
Qəbələ şəhərində vətəndaşa məxsus ümumi sahəsi 282 kv.m olan dəmir talvarın lambir üzlüyü 25 kv.m sahədə və kol-kosdan ibarət cəpər 30 p.m yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmir sexin taxta konstruksiyalardan ibarət tavanı 35 kv.m sahədə yanmışdır. Yanğından sexin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarına qaz dolduran zaman vətəndaşa məxsus həcmi 20 kub olan "KAMAZ" markalı yük avtomobilində ani partlayış baş vermişdir. Nəticədə avtomobilin çəni dağılmış, yaxınlıqda dayanmış digər "KAMAZ" markalı qaz daşıyan avtomobillin ventili zədələnmiş və ətrafa qaz sızması baş vermişdir. Yanğın hadisəsi və dağıntı olmamışdır. Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkmişlər. Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır;
Qusar rayonu, Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə yanan kol-kosun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və Aviasiya Dəstəsinin 2 ədəd helikopteri cəlb olunmuşdur. Yanğının meşə zolağına keçməsinin qarşısı alınmış, tam məhdutlaşdırılması üçün zəruri tədbirlər görülür.
30 mart 2010-ci il tarixində Qəbələ rayonunda dağlıq ərazidə itkin düşmüş 1990-cı il təvəllüdlü Nadir Tahir oğlu Bayramov, 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Baxşəliyev və 1992-ci il təvəllüdlü Elçin Müharif oğlu Kərimovun cəsədləri Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində 07 aprel 2012-ci il tarixində tapılmışdır. Cəsədlər aidiyyatı üzrə təhvil verilmişdir. Qeyd edək ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 ədəd helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb olunmuşlar.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan anbar kimi istifadə olunan birmərtəbəli kafenin zirzəmisində 2 kv.m sahədə kağız qutular yanmışdır. Zirzəmi və kafe yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 kv.m sahədə rəf yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Qızılhacılı qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Aşağı Malax kəndində (rayon mərkəzindən 20 km aralı) meşə zolağında 5 ha sahədə kol-kos yanmışdır. Meşə zolağındakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı magistral avtomobil yolunun 49-cu kilometrliyində yolun kənarında partlamamış hərbi sursat aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və xilasediciləri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirmiş və müəyyən etmişlər ki, bu, istifadəyə yararlı olan 1 ədəd mərmidir. Mərmi müvafiq qaydada zərərsizləşdirilmişdir. Əməliyyat saat 20:40-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:18-də başa çatmışdır;
Quba rayonu, Pirvahid kəndində ( rayon mərkəzindən 14 km aralı) kənd bələdiyyəsinə məxsus alma bağlarının ərazisində 2 ha sahədə kol-kos yanmışdır. Ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Oğuz rayonu, Xaçmazqışlaq kəndində (rayon mərkəzindən12 km aralı) kənd bələdiyyəsinə məxsus fındıq bağlarının ərazisində 4 ha sahədə kol-kos yanmışdır. Ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan 1 birmərtəbəli, 2 otaqlı evin mətbəxinin tavanı 7 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan anbar kimi istifadə olunan birmərtəbəli kafenin zirzəmisində 2 kv.m sahədə kağız qutular yanmışdır.Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 kv.m sahədə rəf yanmışdır. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Goranboy rayonu, Qızıl Hacılı qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qax rayonu, Malax kəndində (rayon mərkəzindən 20 km aralı) meşə zolağında 5 ha sahədə kol-kos yanmışdır.Yanğından meşə zolağındakı ağaclar mühafizə olunmuşdur. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Quba rayonu, Pirvahid kəndində ( rayon mərkəzindən 14 km aralı) kənd bələdiyyəsinə məxsus alma bağlarının ərazisində 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Oğuz rayonu, Xaçmaz Qışlaq kəndində (rayon mərkəzindən12 km aralı) kənd bələdiyyəsinə məxsus fındıq bağlarının ərazisində 4 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.