Geri

8 aprel 2012-ci il saat 13;00-dək, ilkin məlumata əsasən

08 aprel 2012-ci il tarixində Qusar rayonu, Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə olunur. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunmuşdur. Hal-hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür.
Geri

8 aprel 2012-ci il saat 09;00-dək

30 mart 2010-ci il tarixində Qəbələ rayonunda dağlıq ərazidə itkin düşmüş 1990-cı il təvəllüdlü Nadir Tahir oğlu Bayramov, 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Baxşəliyev və 1992-ci il təvəllüdlü Elçin Müharif oğlu Kərimovun cəsədləri Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində  07 aprel 2012-ci il tarixində tapılmışdır. Cəsədlər aidiyyatı üzrə təhvil verilmişdir. Qeyd edək ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 ədəd helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb olunmuşlar.

Bakı şəhəri, Nəsimi rayonunda  vətəndaşa məxsus ümumi sahəsi  80 kv.m  olan anbar kimi istifadə olunan  birmərtəbəli kafenin zirzəmisində 2 kv.m  sahədə kağız qutular yanmışdır. Zirzəmi və kafe yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda  vətəndaşa məxsus ümumi sahəsi  60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 kv.m sahədə rəf yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur. Yanğın saat 12:36-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qızılhacılı  qəsəbəsində (rayon   mərkəzindən 8 km aralı)  həyətyanı sahəyə  yığılmış  6  ton ot bağlamasının 4 tonu  yanmışdır.   Ot  bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:49-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Aşağı Malax kəndində (rayon mərkəzindən 20 km aralı)  meşə zolağında 5 ha sahədə kol-kos yanmışdır. Meşə zolağındakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:54-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı magistral avtomobil yolunun 49-cu kilometrliyində yolun kənarında partlamamış hərbi sursat aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və xilasediciləri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirmiş və müəyyən etmişlər ki, bu, istifadəyə yararlı olan 1 ədəd mərmidir. Mərmi müvafiq qaydada zərərsizləşdirilmişdir. Əməliyyat saat 20:40-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:18-də başa çatmışdır;

Quba rayonu, Pirvahid kəndində ( rayon mərkəzindən 14 km aralı) kənd bələdiyyəsinə məxsus alma bağlarının ərazisində 2 ha sahədə kol-kos yanmışdır. Ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xaçmazqışlaq kəndində  (rayon mərkəzindən12 km aralı)  kənd bələdiyyəsinə məxsus  fındıq bağlarının ərazisində 4 ha sahədə  kol-kos yanmışdır. Ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:49-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonunda, vətəndaşa məxsus ümumi sahəsi  49 kv.m olan 1 birmərtəbəli, 2 otaqlı evin mətbəxinin tavanı 7 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m  sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:01-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

8 aprel 2012-ci il saat 02:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonunda  vətəndaşa məxsus ümumi sahəsi  80 kv.m  olan anbar kimi istifadə olunan  birmərtəbəli kafenin zirzəmisində 2 kv.m  sahədə kağız qutular yanmışdır.Yanğın saat 12:10-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Nizami rayonunda  vətəndaşa məxsus ümumi sahəsi  60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 kv.m sahədə rəf yanmışdır. Yanğın saat 12:36-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Goranboy rayonu, Qızıl Hacılı  qəsəbəsində (rayon   mərkəzindən 8 km aralı)  həyətyanı sahəyə  yığılmış  6  ton ot bağlamasının 4 tonu  yanmışdır. Yanğın saat 16:49-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qax rayonu, Malax kəndində   (rayon mərkəzindən 20 km aralı)  meşə zolağında  5 ha sahədə kol-kos yanmışdır.Yanğından meşə zolağındakı ağaclar  mühafizə olunmuşdur. Yanğın saat 17:54-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Quba rayonu, Pirvahid kəndində ( rayon mərkəzindən 14 km aralı) kənd bələdiyyəsinə məxsus alma bağlarının ərazisində 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 22:45-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Oğuz rayonu, Xaçmaz Qışlaq kəndində  (rayon mərkəzindən12 km aralı)  kənd bələdiyyəsinə məxsus  fındıq bağlarının ərazisində 4 ha sahədə  kol-kos yanmışdır. Yanğın saat 22:49-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.