Geri

8 aprel 2012-ci il saat 02:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonunda  vətəndaşa məxsus ümumi sahəsi  80 kv.m  olan anbar kimi istifadə olunan  birmərtəbəli kafenin zirzəmisində 2 kv.m  sahədə kağız qutular yanmışdır.Yanğın saat 12:10-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Nizami rayonunda  vətəndaşa məxsus ümumi sahəsi  60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 kv.m sahədə rəf yanmışdır. Yanğın saat 12:36-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Goranboy rayonu, Qızıl Hacılı  qəsəbəsində (rayon   mərkəzindən 8 km aralı)  həyətyanı sahəyə  yığılmış  6  ton ot bağlamasının 4 tonu  yanmışdır. Yanğın saat 16:49-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qax rayonu, Malax kəndində   (rayon mərkəzindən 20 km aralı)  meşə zolağında  5 ha sahədə kol-kos yanmışdır.Yanğından meşə zolağındakı ağaclar  mühafizə olunmuşdur. Yanğın saat 17:54-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Quba rayonu, Pirvahid kəndində ( rayon mərkəzindən 14 km aralı) kənd bələdiyyəsinə məxsus alma bağlarının ərazisində 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 22:45-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Oğuz rayonu, Xaçmaz Qışlaq kəndində  (rayon mərkəzindən12 km aralı)  kənd bələdiyyəsinə məxsus  fındıq bağlarının ərazisində 4 ha sahədə  kol-kos yanmışdır. Yanğın saat 22:49-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.