Geri

7 aprel 2012-ci il saat 23:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Abşeron rayonunda, Bakı-Şamaxı magistral avtomobil yolunun 49-cu kilometrliyində, yolun kənarında partlamamış hərbi sursat aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış əşyanın 1 ədəd istifadəyə yararlı olan partladıcısı ilə bərabar 100 mm-lik tank mərmisi olduğu müəyyən olunmuşdur. Aşkarlanmış hərbi sursat Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri və Daxili Qoşunların istehkam xidmətinin mütəxəsisləri ilə birlikdə yoldan təxminən 200 metr aralıda, boş ərazidə təhlükəsizlik qaydalarına  əməl  etməklə  partladılmışdır.Nazirliyin xilasediciləri həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:40-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:18-də başa çatmışdır.

Geri

07 aprel 2012-ci il saat 10:15-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 04 aprel 2012-ci il tarixində, günün ikinci yarısında daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam qəsəbəsinin 3 nəfər sakini- 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa getmiş və geri qayıtmamışlar. Yaxınları onların qar uçqununa düşdüyünü bildirmişlər. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunmuşlar. Aparılmış əməliyyat xilasetmə işləri nəticəsində 07 aprel 2012-ci il tarixində itkin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

7 aprel 2012-ci il, saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:33-də başa çatmışdır;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 40 kv.m sahədə yanmışdır.Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, İkinci Şıxlı kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 170 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otaq, dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 170 kv.m sahədə yanmışdır. Evin 1-ci mərtəbəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda sərnişin avtobusunun mühərriki və salonun qabaq hissəsi (sürücü və 2 ədəd sərnişin oturacağı) yanmışdır. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 90 p.m. çəpər və həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Yuxarı Zeyxur kəndində (rayon mərkəzindən 40 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:32-də başa çatmışdır;

Xızı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 27 kv.m olan vaqon tipli köməkçi tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 322 kv.m olan ikimərtəbəli 7 otaqlı evin hamam və mətbəxinin tavanı 20 kv.m sahədə yanmışdır. Yanğın saat 00:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Zarağan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan çay evinin dam örtüyünün yanar konstruksiyaları və əşyalar qismən yanmışdır. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Kərimli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı 6 kv.m sahədə yanmışdır. Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri Xəzər rayonunda dənizdə itkin düşmüş 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyevin axtarışları hazırda davam etdirilir. Axtarışlar hələlik nəticə vermir.