Geri

7 aprel 2012-ci il, saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:33-də başa çatmışdır;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 40 kv.m sahədə yanmışdır.Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, İkinci Şıxlı kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 170 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otaq, dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 170 kv.m sahədə yanmışdır. Evin 1-ci mərtəbəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda sərnişin avtobusunun mühərriki və salonun qabaq hissəsi (sürücü və 2 ədəd sərnişin oturacağı) yanmışdır. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 90 p.m. çəpər və həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Yuxarı Zeyxur kəndində (rayon mərkəzindən 40 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:32-də başa çatmışdır;

Xızı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 27 kv.m olan vaqon tipli köməkçi tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 322 kv.m olan ikimərtəbəli 7 otaqlı evin hamam və mətbəxinin tavanı 20 kv.m sahədə yanmışdır. Yanğın saat 00:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Zarağan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan çay evinin dam örtüyünün yanar konstruksiyaları və əşyalar qismən yanmışdır. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Kərimli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı 6 kv.m sahədə yanmışdır. Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri Xəzər rayonunda dənizdə itkin düşmüş 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyevin axtarışları hazırda davam etdirilir. Axtarışlar hələlik nəticə vermir.