Geri

6 aprel 2012-ci il, saat 17:30-dək ,ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:33-də başa çatmışdır.

Geri

06 aprel 2012-ci il,saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:39-da başa çatmışdır;

İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köşkün içərisində əşyalar (stol, stul və sair) 40 kv.m sahədə yanmışdır. Köşk yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1400 kq ot bağlaması yanmışdır. Yanğın saat 19:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Xankəndi kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus şadlıq evinin həyətinə yığılmış stol-stul 25 kv.m sahədə yanmışdır. Şadlıq evi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 30 km aralı) İran İslam Respublikası ilə sərhəddə, neytral ərazidə 250 ha sahədə kol-kos və qamışlıq yanmışdır. 800 ha ərazi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları mətbəx əşyaları ilə birlikdə 10 kv.m sahədə yanmışdır. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev çimmək məqsədilə dənizə girmiş və batmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına başlamışlar.