Geri

29 aprel 2012-ci il saat 09:00-dək

Bərdə rayonu, Hacallı kəndi  (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan  birmərtəbəli 8 otaqlı  evin 1 otağında 4 kv.m sahədə yataq dəsti yanmışdır.Yanğın, yanğın bölmələri çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində "Azərenerji" ASC-yə məxsus 4 kVt-luq  transformatorun yağı və sarğıları yanmışdır. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Daewoo” markalı sərnişin avtobusu aşmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:01-də başa çatmışdır;

28 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1995-ci il təvəllüdlü Quluzadə Rafiq Malik oğlu Kür çayının Şirvan şəhərindən keçən hissəsində intihar məqsədilə özünü çaya atmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmişdir. Qeyd olunan şəxsin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur və axtarışları davam etdirilir;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:38-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv. m olan 2 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 4 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;          

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə mətbəxin pəncərəsindən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən insan  faktoru aşkarlanmamışdır. Əməliyyat saat 19:23-də başa çatmışdır;

Sabirabad rayonu , Balakən kəndində  (rayon mərkəzindən10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv. m olan  ikimərtəbəli 6 otaqlı evin çardağının yanar konstruksiyaları və 2-ci mərtəbədə 1 otağının qapı-pəncərəsi və ev əşyaları qismən yanmışdır. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:04-də başa çatmışdır;

Siyəzəzn rayonunda, ümumi sahəsi 120 kv.m olan xeyir-şər evinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.