Geri

28.04.2012-ci il tarixində saat, 13:50-dək ilkin məlumat

28 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şirvan sakini 1995-ci il təvəllüdlü Rafiq Malik oğlu Quluzadənin Kür çayına düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə rayonuna cəlb olunmuş və axtarışa başlamışlar. Rafiq Quluzadənin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur.

Geri

28.04.2012-ci il tarixində saat, 13:15-dək ilkin məlumat

Bərdə rayonu, Hacallı kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan birmərtəbəli səkkizotaqlı evdə yataq dəsti 4 kv.m sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaş tərəfindən söndürülmüşdür; 

Neftçala rayonu, Bankə qəsəbəsində “Azərenerji” ASC-yə məxsus transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Daewoo” markalı avtobus küvetə aşmış, sürücü və 2 nəfər sərnişin xəsarət almışdır. Xilasedicilər yaralıları aidiyyəti üzrə təhvil vermiş və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:01-də başa çatmışdır. 

Geri

28 aprel 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m olan taxta konstruksiyadan ibarət tikili (sahibi məlum deyil) yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaraqoyunlu kəndində (rayon mərkəzindən 15 km aralı) “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış, sürücü xəsarət almışdır.  Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına yol-nəqliyyat qəzası səbəb olmuşdur;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci və 8-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:31-də başa çatmışdır;

Salyan rayonu, Xələc kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində “AZƏRSU” ASC tərəfindən təmir-tikinti işləri aparılan zaman fəhlə işləyən 1 nəfər dərinliyi, təxminən, 5 metr olan quyuya düşmüşdür. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:24-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 510 kv.m olan taxta sexinin yanar konstruksiyaları 75 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 2 uşaq köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən uşaqlar yatmış vəziyyətdə aşkarlanmışlar. Əməliyyat saat 01:00-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 50 kv.m olan, mağaza kimi fəaliyyət göstərən, qarajın içərisində “Samsung” markalı kondisioner və boş qutular 10 kv.m sahədə yanmışdır. Qaraj yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;