Geri

27 aprel 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:08-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər  rayonunda vətəndaşa məxsus həyətdə ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin dam örtüyü 10 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxində və aynabəndində döşəmə 24 kv.m sahədə  yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ikiotaqlı fin tipli evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Sincanboyad kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:50-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda “İVECO” markalı  sərnişin avtobusunun mühərrikində elektrik naqilləri yanmışdır. Avtobusun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Suraxanı rayonunda “Volkswagen" markalı mikroavtobusun salon hissəsində 2 ədəd oturacaq yanmışdır. Mikroavtobusun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Şirinsu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Soltannuxa kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonunda Bakı-Qazax yolunun 235-ci kilometrliyində vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 21:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1957-ci il təvəllüdlü Babayar Məhərrəm oğlu Allahyarlının cəsədi aşkar olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Siyəzən rayonunda Bakı-Quba yolunun 115-ci kilometrliyində “Mercedes-Benz” markalı yük avtomobili və “SHACMAN” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, “Mercedes-Benz” markalı avtomobilin kabinasında olan 1989-cu il təvəllüdlü Elşad Rövşən oğlu Zeynalov hadisə yerində ölmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E.Zeynalovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:20-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan istifadəyə verilməmiş mağazanın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Mağazanın qalan hissəsi və yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.