Geri

26 aprel 2012-ci il, saat 17:40-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:50-də başa çatmışdır.

Geri

26 aprel 2012-ci il, saat 17:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətdə ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin dam örtüyü 10 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxində və aynabəndində döşəmə 24 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ikiotaqlı fin tipli evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 aprel 2012-ci il, saat 15:00-dək, ilkin məlumata əsasən

25 aprel 2012-ci il tarixində Sumqayıt şəhərində “Sumqayıt Polad Konstruksiya Quraşdırma” ASC-yə məxsus ərazidə yerləşən kağız emalı sexində zəhərlənmiş 9 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssisləri hadisə yerinə cəlb olunmuş və ilkin kəşfiyyat işləri aparmışlar. İlkin kəşfiyyat nəticəsində sexin zəhərlənmə hadisəsi baş verdiyi hissəsində güclü təsiredici zəhərli maddələr aşkar edilmişdir. Hadisə zamanı orada işləyən 1 nəfər - 1985-ci il təvəllüdlü Kamran Ağa oğlu Məlikməmmədov ölmüş, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Geri

26 aprel 2012-ci il saat 11:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:08-də başa çatmışdır.

Geri

26 aprel 2012-ci il, saat 09:00-dək

Xaçmaz rayonu, Niyazoba kəndində (rayon mərkəzindən 2 km aralı) "EK-12" markalı ekskavatorun mühərrikində elektrik avadanlığı yanmışdır. Ekskavatorun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:50-də başa çatmışdır; 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:58-də başa çatmışdır;

Şəmkir rayonu, Yasamal aşırımında (rayon mərkəzindən 5 km aralı) “Qazel” markalı mikroavtobus dərəyə düşmüşdür. Xilasedicilər 5 nəfər sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərmiş və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:40-da başa çatmışdır; 

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:26-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax avtomobil yolunun 57-ci kilometrliyində “VAZ” markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğın baş vermişdir. Nəticədə, minik avtomobilinin yanar hissələri yanmışdır. Yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı minik avtomobilinin sürücüsü - Qədir Qurban oğlu Ağayevin (təvəllüdü göstərilməyib) yanmış cəsədi aşkar olunmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər Q.Ağayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:12-də başa çatmışdır.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.