Geri

09 mart 2012-ci il, saat 09:00-dək;

Bakı şəhəri, Xəzər rayonunda " Daewoo " markalı sərnişin avtobusu ilə " Qaz " markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, yük avtomobilinin sürücü və sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdırlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Sürücü - 1948-ci il təvəllüd Rafiq Sultan oğlu Əhmədov xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Əməliyyat saat 13:21-də başa çatmışdır;

Goranboy rayonu, Boluslu Zeynallı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi  90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyalari 54 kv.m sahədə  və damına  yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:31-də başa çatmışdır;

Şəki rayonunda, "Şəki İpək" kombinatı ASC-yə məxsus ümumi sahəsi 140 kv.m olan  birmərtəbəli  yanğın  təhlükəsizlik otağının dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 21:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Nizami rayonunda “VAZ” və “Reno” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, xəsarət alan olmamışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:06-da başa çatmışdır;

Qax rayonu, Zərnə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 84 kv.m olan  ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 22:34-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür.

Bakı şəhəri, Nəsimi rayonunda iyirimimərtəbəli yeni inşa olunmuş yaşayış binasının zirzəmisindən  13-cü mərtəbəyə qədər şaxtadan keçən elektrik kabelləri 120 p.m yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 22:40-da yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür.

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:44-də başa çatmışdır; 

Bakı şəhəri, Yasamal rayonunda hər mərtəbəsi 196 kv.m olan  ikimərtəbəli (İtalyan tipli) yaşayış binasının 2-ci mərtəbəsində   vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan 5 otaqlı mənzilin  yanar konstruksiyaları, 1-ci mərtəbədə  ümumi sahəsi  57 kv.m olan  2 otaqlı mənzilin 1 otağının  tavanı   18 kv.m  sahədə və  2-ci mərtəbədə ümumi dəhlizin tavanı 10 kv.m sahədə (ümumi 238 kv.m sahədə) yanmışdır. Yanğından  binanın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 06:12-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən 07 mart 2012-ci il tarixində dənizin nəzarət olunmayan hissəsində balıqçı qayığının çevrilməsi  nəticəsində iki balıqçının itkin düşdüyünün ehtimal olunduğu bildirilmişdir. Qeyd edilən şəxslərin axtarışlarına nazirliyin dalğıc-xilasediciləri cəlb edilmişdir. Hal-hazırda axtarış işləri davam edir.

Geri

09 mart 2012-ci il saat 00:15-dək, ilkin məlumata əsasən

Goranboy rayonu, Boluslu Zeynallı kəndində (rayon mərkəzindən 5 km arası) vətəndaşa məxsus  ümumi sahəsi  90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyalari 54 kv.m sahədə  və damına  yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonunda, "Şəki İpək" kombinatı ASC-yə məxsus ümumi sahəsi 140 kv.m olan  birmərtəbəli  yanğın  hissəsinin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır.Yanğın saat21:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Zərnə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 84 kv.m olan  ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır.Yanğın saat 22:34-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda iyirimimərtəbəli yeni inşa olunmuş yaşayış binasının zirzəmisindən  13-cü mərtəbəyə qədər şaxtadan keçən elektruk kabelləri 120 p.m yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 22:40-da yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür.