Mingəçevir Su Elektrik Stansiyasının 4-cü şöbəsində tunellərin birində çilingərlər tərəfindən izolyasiya işləri aparılan zaman bitum çəninin qızması nəticəsində yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə 10 kv.m sahədə izolyasiya materialı yanmışdır. Ərazinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə zamanı 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Mingəçevir şəhər xəstəxanasına aparılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar rayonu, Zəhmətabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan köməkçi tikilinin tavanı 4 kv.m sahədə yanmışdır. Yanğın saat 14:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Ağköynək kəndində (rayon mərkəzindən 7 km aralı) kənd bələdiyyəsinə məxsus 4 ha quru ot yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və çardağına yığılmış 100 kq ot yanmışdır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaşlardan birinin azyaşlı olduğu, digərinin isə xəstə vəziyyətdə olduğu müəyyən olunmuşdur. Xəstə aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:35-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə azyaşlı uşağın əli qızdırıcı radiatorun arasında sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə radiatorun detallarını kəsmiş və uşağın əlini radiatorun arasından çıxarmışlar. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 01:00-da başa çatmışdır;
Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 38 km aralı) kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 100 ha kol-kos yanmışdır. Yanğın saat 01:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qəbələ rayonu, Topbağ kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 baş iribuynuzlu heyvan xilas olunmuşdur. Yanğın saat 02:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otaq və aynabənddin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 150 kv.m sahədə yanmışdır. Yanğın saat 04:40-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.