Geri

30 mart 2012-ci il saat 16;45-dək, ilkin məlumata əsasən

Mingəçevir Su Elektrik Stansiyasının 4-cü şöbəsində tunellərinin birində çilingərlər tərəfindən izolyasiya işləri aparılan zaman bitum çəninin qızması nəticəsində yanğınla nəticələnən  partlayış baş vermişdir. Nəticədə 10 kv.m sahədə izolyasiya materialı  yanmışdır. Ərazinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə zamanı 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu  aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Mingəçevir şəhər xəstəxanasına aparılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 12:00-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 mart 2012-ci il, saat 09:00-dək

Astara rayonu, Qacımərdə kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 11 kv.m sahədə və çardağa yığılmış 60 kq ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin tavanı 6 kv.m sahədə yanmışdır. Yanğından tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə səkkizmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanan azyaşlı bağlı qapı arxasından xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:30-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:40-da başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan birotaqlı mənzilin tavanı 6 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 37 ton ot bağlamasının 32 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Çobanabdallı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Şəki kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton ot baglaması yanmışdır. Yanğın saat 18:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, “BMW” markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü - 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:45-də başa çatmışdır;

Kürdəmir rayonu, Karrar qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan  birmərtəbəli 2 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanmışdır. Yanğından ev əşyaları qismən, evin zirzəmisinə yığılmış 6 kub taxta materialları və yaxınlıqdakı tikililər mühafisə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 4 nəfər köməksiz vəziyyətdə qalmışlar. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmış və vətəndaşları xilas etmişlər. Əməliyyat saat 01:01-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Baku Steel Company" MMC-yə məxsus ümumi sahəsi 3000 kv.m olan dəmir konstruksiyalardan ibarət anbarın içərisinə yığılmış taxta taralar və müxtəlif boya maddələri 100 kv.m sahədə yanmışdır. Yanğından anbarın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 165 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 4 otaq və aynabəndin yanar konstruksiyaları 130 kv.m sahədə və dam örtüyü 70 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan köməkçi otağın yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğından köməkçi otağın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 05:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Araz çayının İmişli rayonu, Yuxarı Qaralar kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıq nəticəsində yıxılaraq çaya düşməsi ehtimal olunan 1972-ci il təvəllüdlü Aslanov Zahid Ədil oğlunun axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Geri

30 mart 2012-ci il saat 02:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, “BMW” markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.  Əməliyyat saat 22:45-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda, mənzildə giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzin giriş qapısını bayır tərəfdən açmış və vətəndaşları xilas etmişlər.Əməliyyat saat 01:01-də başa çatmışdır.