Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, “BMW” markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:45-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda, mənzildə giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzin giriş qapısını bayır tərəfdən açmış və vətəndaşları xilas etmişlər.Əməliyyat saat 01:01-də başa çatmışdır.