Astara rayonu, Qacımərdə kəndində (rayon mərkəzindən16 km aralı) ) vətəndaşa məxsus ümumi sahəsi 24 kv. m olan tövlənin çardağının yanar konstruksiyaları 11 kv. m sahədə və çardağına yığılmış 60 kq ot bağlaması yanmışdır. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 60 kv. m olan birmərtəbəlı 2 otaqlı köməkçi tikilinin tavanı 6 kv m sahədə yanmışdır. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 1 azyaşlı uşaq mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə səkkizmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanan azyaşlı bağlı qapı arxasından xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:30-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:40-da başa çatmışdır;
Gəncə şəhəri,Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı mənzilin tavanı 6 kv. m sahədə yanmışdır.Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bərdə rayonu,Qara Dəmirçi kəndində(rayon mərkəzindən8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 37 ton ot bağlamasının 32 tonu yanmışdır. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin tavanı 6 kv.m sahədə yanmışdır. Yanğın saat 07:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda dənizdə insan cəsədinin olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1998-ci il təvəllüdlü Bədəlova Azadə Namiz qızının cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:30-da başa çatmışdır.
Ağcabədi rayonu, Ağabəyli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın altında olan taxta sexində 40 kv.m sahədə taxta yonqarı yanmışdır. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, 4-cü mikrorayonda mənzildə bağlı qapı arxasında 2000-ci il təvəllüdlü azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından enərək 8-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış azyaşlı valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 19:49-də başa çatmışdır;
Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 27 km aralı) dağlıq ərazidə 6 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:15-də başa çatmışdır;
Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 21 kv.m sahədə yanmışdır. Yanğın zamanı orada olan 40 ədəd cücənin 20 ədədi tələf olmuşdur. Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.