Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin tavanı 6 kv.m sahədə yanmışdır. Yanğın saat 07:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda dənizdə insan cəsədinin olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1998-ci il təvəllüdlü Bədəlova Azadə Namiz qızının cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:30-da başa çatmışdır.
Ağcabədi rayonu, Ağabəyli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın altında olan taxta sexində 40 kv.m sahədə taxta yonqarı yanmışdır. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, 4-cü mikrorayonda mənzildə bağlı qapı arxasında 2000-ci il təvəllüdlü azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından enərək 8-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış azyaşlı valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 19:49-də başa çatmışdır;
Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 27 km aralı) dağlıq ərazidə 6 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:15-də başa çatmışdır;
Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 21 kv.m sahədə yanmışdır. Yanğın zamanı orada olan 40 ədəd cücənin 20 ədədi tələf olmuşdur. Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.