Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1925-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olmuşlar. Qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 15:03-də başa çatmışdır;
Yevlax rayonu, Hacıselli kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 36 kv.m olan tibb məntəqəsinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Səbail rayonunda zavodun ərazisində fəaliyyətdə olmayan ümumi sahəsi 105 kv.m olan təlim katerində motorxana və kayutun taxta üzlükləri 35 kv.m. sahədə yanmışdır. Katerin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olmuşdur;
Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan ikimərtəbəli üçotaqlı evdə tavan 28 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:19-da başa çatmışdır;
Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində (rayon mərkəzindən 27 km aralı) ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 64 kv.m olan yeməkxananın lambirindən ibarət tavanı 15 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonu, Qarabulaq adlanan ərazidə (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan köməkçi tikilinin qamışdan ibarət tavanı 24 kv.m sahədə yanmış, 10 ədəd ev quşu tələf olmuşdur. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:56-da başa çatmışdır;
Sabirabad rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmış, 2 nəfər xəsarət almış, 4 nəfər ölmüşdür. Ev sahibinin oğlu - 1967-ci il təvəllüdlü Valeh Abdulkərim oğlu Murtuzov, nəvələri - 2002-ci il təvəllüdlü Gültən Valeh qızı Murtuzova, 2008-ci il təvəllüdlü Rəhim Valeh oğlu Murtuzov və 2010-cu il təvəllüdlü Nəsib Valeh oğlu Murtuzovun cəsədləri yanğın yerinin kəşfiyyatı zamanı aşkar olunmuşdur. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1960-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 2-ci mərtəbədə yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən qadın hərəkətsiz vəziyyətdə aşkar olunmuşdur. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 09:29-də başa çatmışdır.