Geri

27 mart 2012-ci il, saat 09:00-dək:

Şəki rayonu, Kiş kəndində (rayon mərkəzindən 10 km aralı) istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 kv.m olan taxta konstruksiyadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 10:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1932-ci il təvəllüdlü Petrov İosif Kiriloviç köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən İ.Petrovun cəsədi aşkar olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:38-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış 1 nəfər sahildən 500 m aralıda təhlükə ilə üzləşmişdir. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri vətəndaşı xilas etmiş və qayığı sahilə çıxarmışlar. Əməliyyat saat 13:30-da başa çatmışdır;

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 141, 146, 148-151-ci kilometrliklərində sürüşmə prosesi aktivləşmişdir. Təmir işləri ilə əlaqədar yolun 132-ci kilometrdən 159-cu kilometrədək olan hissəsi (Ağsu aşırımı) gediş-gəliş üçün bağlanmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:33-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:16-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda altımərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:18-də başa çatmışdır;

Hacıqabul rayonu, Ələtli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və dam örtüyü 75 kv.m sahədə yanmışdır. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonunda vətəndaşa məxsus taxta konstruksiyadan ibarət ümumi sahəsi 35 kv.m olan birotaqlı ev və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 19:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 28 kv.m sahədə, dəhlizində olan 1 ədəd şkaf 2 kv.m sahədə yanmış və hamamın lambrindən ibarət tavanı 2 kv.m sahədə yüksək temperaturdan ərimişdir. Yanğın zamanı qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas olunmuş və yuxarı mərtəbələrdən 15 nəfər sakin təxliyyə olunmuşdur. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 19 km aralı) 1914-cü ildə inşa olunmuş, əsasən, qamışdan ibarət hər mərtəbəsi 220 kv.m olan ikimərtəbəli  inzibati binanın 2-ci mərtəbəsində 8 otağın yanar konstruksiyaları və dam örtüyü 220 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 mart 2012-ci il saat 01:00-dək, ilkin məlumata əsasən

Hacıqabul rayonu, Ələtli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan taxta konstruksiyalardan ibarət  birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 75 kv.m sahədə yanmışdır. Yanğın saat 17:11-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu,Şəki Tayı qəsəbəsində ( rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyadan ibarət 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 19:04-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi  səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 1-ci mərtəbəyə endirərək müvafiq açarla liftin  qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:16-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda altımərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 5-ci mərtəbəyə endirərək müvafiq açarla liftin  qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:18-da başa çatmışdır.