Geri

27 mart 2012-ci il saat 01:00-dək, ilkin məlumata əsasən

Hacıqabul rayonu, Ələtli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan taxta konstruksiyalardan ibarət  birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 75 kv.m sahədə yanmışdır. Yanğın saat 17:11-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu,Şəki Tayı qəsəbəsində ( rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyadan ibarət 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 19:04-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi  səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 1-ci mərtəbəyə endirərək müvafiq açarla liftin  qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:16-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda altımərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 5-ci mərtəbəyə endirərək müvafiq açarla liftin  qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:18-da başa çatmışdır.