Bakı şəhəri, Səbail rayonunda marşurut ilə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusunun arxa təkərlərı yanmışdır.Yanğın saat 10:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki rayonu, Kiş kəndində ( rayon mərkəzindən 10 km aralı) istrahət mərkəzinin ərazisində ümumi sahəsi 12 kv m olan taxta konstruksiyalardan ibarət gözətçi köşkün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 10:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda üçmərtəbəli yarımstansiya binasının 3-cü mərtəbəsində sahəsi 200 kv.m olan otaqda yerləşən gücü 10 kVt olan yarımstansiyanın kompleks paylayıcı qurğusunun 1-ci girişində 2 ədəd elektrik qutusu yanmışdır. Yanğın saat 12:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda, mənzildə, bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1932-ci il təvəllüdlü Petrov İosif Kiriloviç döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində P.Kiriloviçin vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:38-də başa çatmışdır;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd yataq dəsti və 2 kv.m sahədə döşəmə yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Saatlı rayonu, Bəylik kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və altına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Mersedes” markalı minik avtomobili yolun kənarında ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və iki sərnişin yaralanmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:33-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:56-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1925-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış yaşlı qadını xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:01-də başa çatmışdır;
Sumqayıt şəhərində vətəndaşa məxsus 150 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyası 110 kv.m sahədə və çardağına yığılmış 800 kq ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Astara rayonu, Siyətük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Keçili kəndində (125 YMB-dən 2 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə kol-kos, quru ot və 10 ədəd ağac yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 13 km aralı) kənd əhalisinə məxsus pay torpaqlarında 5 ha sahədə kol-kos yanmışdır. Yanğından digər sahələr mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "FİNİT" firmasının ümumi sahəsi 1500 kv.m olan "STAR" istirahət mərkəzinin mətbəxinin, çamaşırxanasının və 7 ədəd istirahət otağının dam örtüyü 200 kv.m sahədə yanmışdır. Yanğından istirshət mərkəzinin qalan hissəsi, yanacaq doldurma məntəqəsi və ümumi 65 ton olmaqla 3 yanacaq çəni mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzilin 1 otağının tavanı 10 kv.m sahədə və digər vətədaşa məxsus ümumi sahəsi 78 kv.m olan 4 otaqlı mənzilin hamamının tavanı 3 kv.m sahədə yanmışdır. Yanğından mənzililərin qalan hissələri mühafizə olunmuşdur. Yanğın saat 19:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qaradağ rayonu, Bakı-Salyan yolunun 14-cü km-də Azərbaycan Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin qarajının ümumi sahəsi 500 kv.m olan anbarın içərisində 4 kv.m sahədə karton taralarda avtomobil ehtiyat hissələri və projektorlar yanmışdır.Yanğından anbar mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 6 ədəd elektrik sayğacı yanmışdır. Yanğından mənzillər mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yük hissəsinin döşəməsi yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür.