Geri

26 mart 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:56-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1925-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış yaşlı qadını xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:01-də başa çatmışdır;

Sumqayıt şəhərində vətəndaşa məxsus 150 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyası 110 kv.m sahədə və çardağına yığılmış 800 kq ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

Astara rayonu, Siyətük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Keçili kəndində (125 YMB-dən 2 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə kol-kos, quru ot və 10 ədəd ağac yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 13 km aralı) kənd əhalisinə məxsus pay torpaqlarında 5 ha sahədə kol-kos yanmışdır. Yanğından digər sahələr mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "FİNİT"  firmasının ümumi sahəsi 1500  kv.m olan "STAR" istirahət mərkəzinin mətbəxinin, çamaşırxanasının  və 7 ədəd  istirahət otağının dam örtüyü 200  kv.m  sahədə yanmışdır. Yanğından istirshət mərkəzinin qalan hissəsi, yanacaq doldurma məntəqəsi və ümumi 65 ton olmaqla 3 yanacaq çəni mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzilin 1 otağının tavanı 10 kv.m sahədə və digər vətədaşa məxsus ümumi sahəsi 78 kv.m olan 4 otaqlı mənzilin hamamının tavanı 3 kv.m sahədə yanmışdır. Yanğından mənzililərin qalan hissələri mühafizə olunmuşdur. Yanğın saat 19:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qaradağ rayonu, Bakı-Salyan yolunun 14-cü km-də Azərbaycan Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin  qarajının   ümumi sahəsi 500 kv.m olan anbarın içərisində 4 kv.m sahədə karton taralarda avtomobil ehtiyat  hissələri və projektorlar yanmışdır.Yanğından anbar mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 6 ədəd elektrik sayğacı yanmışdır. Yanğından mənzillər mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yük hissəsinin döşəməsi yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür.