Geri

25 mart 2012-ci il saat 21:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:56-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1925-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış yaşlı qadını xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:01-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "FİNİT"  firmasının ümumi sahəsi 1500  kv.m olan "STAR " istirahət mərkəzinin mətbəxinin, çamaşırxanasının  və 7 ədəd  istirahət otağının dam örtüyü 200  kv.m  sahədə yanmışdır. Yanğından istirshət mərkəzinin qalan hissəsi, yanacaq doldurma məntəqəsi və ümumi 65 ton olmaqla 3 yanacaq çəni mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

25 mart 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda Azenerji ASC-yə məxsus ümumi sahəsin100 kv.m olan yarımstansiyanın içərisində yerləşən, gücü 6 kVt olan tarnsformatorun yağ çəlləyində 1 kv.m sahədə yağ yanmışdır. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus məxsus ümumi sahəsi 71 kv.m olan 3 otaqlı mənzilin evyanında qapı çərçivəsi 2 kv.m sahədə yanmışdır. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, İnstitut qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır.  Yanğın saat 15:40-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin eyvanının qapısının təsadüfən kilidlənməsi nəticəsində eyvanda köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından 9-cu mərtəbədəki həmin mənzilin eyvanına enərək  qapını açmış və zərərçəkmişin mənzilə daxil olmasını təmin etmişlər. Əməliyyat saat 15:42-də başa çatmışdır;

Bərdə rayonu, Yeni Daşkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları  66 kv.m sahədə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Nic kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tiklinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili hərəkətdə olan zaman  idarəetməni itirərək dərəyə yuvarlanmış və avtomobilin yanar hissələri yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda altımərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:42-də  başa çatmışdır;

Şirvan şəhərində fəhlələr üçün nəzərdə tutulan ümumi sahəsi 36 kv.m olan otağın lambirdən ibarət dam örtüyü yanmışdır. Yanğın saat 23:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Nohurqışlaq kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 28 kv.m olan kotecin çardaq hissəsi yanmışdır. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı Şəhəri, Abşeron rayonunda “VAZ” markalı minik avtomobili ilə “TX-4” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “VAZ” markalı minik avtomobilinin sürücüsü və sərnişini, “TX-4” markalı minik avtomobilinin sürücüsü və iki nəfər sərnişini müxtəlif bədən xəsarətləri almışlar. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobillərdən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:42-də başa çatmışdır;

Beyləqan rayonunda, "Azenerji" ASC-yə məxsus  gücü 100 kVt olan transformatorun yağı yanmış, yüksək temperaturdam transformatorun metal konstruksiyaları deformasiyaya uğramışdır. Yanğın saat 07:19-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.