Geri

24 mart 2012-ci il saat 17:45-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus  "VAZ-2107" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə  olunmuşdur. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda Azenerji ASC-yə məxsus ümumi sahəsi100 kv.m olan yarımstansiyanın içərisində yağ çəlləyində  1 kv.m sahədə yağ  yanmışdır. Transformatorlar yanğınsöndürənlər tərəfindən yanğından yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus  məxsus ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin eyvanında  2 kv.m sahədə qapı çərçivəsi yanmışdır. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu,  İnstitut qəsəbəsində, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin eyvanının qapısının təsadüfən kilidlənməsi nəticəsində eyvanda köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından 9-cu mərtəbədəki həmin mənzilin eyvanına enərək  qapını açmış və zərərçəkmişin mənzilə daxil olmasını təmin etmişlər. Əməliyyat saat 15:42-də başa çatmışdır;

Geri

24 mart 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən birinci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:51-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift birinci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:54-də başa çatmışdır;

Cəlilabad rayonu, Abdullu kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan üçotaqlı evin bir otağının yanar konstruksiyaları 24 kv.m sahədə və dam örtüyü 76 kv.m  sahədə yanmışdır. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Keçili kəndində  kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 16:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində, vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilin mühərrikinin yanar hissəsiləri yanmışdır. Avtomobilin qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Yeniabad  kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşlara məxsus "Mercedes"  və "OKA" markalı iki minik avtomobili  toqquşmuşdur.  Nəticədə "OKA"  markalı  minik avtomobilinin sürücüsü - 1969-cu il təvəllüdlü  Mahir Qəhrəman oğlu Qasımov və  sərnişini - 1957-ci il təvəllüdlü Maarif Rəşid oğlu Babayev hadisə yerində ölmüşlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə M.Qasımov və M. Babayevin cəsədlərini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:30-da başa çatmışdır;

Cəlilabad rayonu, Şiləvəngə kəndində (rayon mərkəzindən 11 km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan  birmərtəbəli, üçotaqlı evin bir otağının tavanı 28 kv.m sahədə yanmışdır. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan qarajın lambirdən ibarət tavanı 40 kv.m sahədə və qarajda olan "Aston Martin" markalı  minik avtomobilinin salon hissəsi qismən yanmışdır. Yanğından qarajın qalan hissəsi və avtomobilin qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.