Geri

23 mart 2012-ci il saat 20:00-dək,ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:51-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:54-də başa çatmışdır;

Cəlilabad rayonu,Abdulla kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan 3 otaqlı evin 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə və dam örtüyünün 76 kv.m  sahədə yanmışdır. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu,Keçili kəndində  kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha sahədə kol-kos yanmışdır.Yanğın saat 16:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində, vətəndaşa məxsus "MERCEDES" markalı, minik avtomobilin mühərrikin yanar  hissəsiləri yanmışdır. Yanğından antomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:48-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

23 mart 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə saat 09:29-da daxil olmuş məlumata əsasən, Araz çayının İmişli rayonu, Yuxarı Qaralar kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlığ nəticəsində yıxılaraq çaya düşmüş 1972-ci il təvəllüdlü Aslanov Zahid Ədil oğlunun axtarışına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanmışdır;

Göyçay rayonu, Aşağı Qara Məryam kəndində (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 8 ha sahədə kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Rəsullu kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:03-də başa çatmışdır;

Beyləqan rayonu, Mayak kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus fermanın ərazisinə yığılmış 26 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahədə kol-kos yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 22 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha sahədə kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Quzanlı qəsəbəsində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan talvarın altında yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğından talvar və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən üç nəfər vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşların vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:40-da başa çatmışdır;

Ağsu rayonu, Bico kəndində (rayon mərkəzindən 24 km aralı) dağlıq ərazidə 5 ha sahədə kol-kos yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Suçma kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin çardağının yanar kondtruksiyaları 75 kv.m. sahədə və çardağa yığılmış 500 kq ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 1,5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 6 kv.m sahədə  və içərisinə yığılmış 200 kq ot bağlaması yanmışdır.  Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m. olan 1 mərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə  olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Soltanmuradlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə  olunmuşdur. Yanğın saat 19:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Mazıx kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104  kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 65 kv.m. sahədə və çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır.Yanğından tövlənin qalan hissəsi mühafizə  olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu , 2-ci Ceyrançöl qəsəbəsində  dağlıq ərazidə (Gürcüstan  Respublikası ilə sərhəd  zonası) 15 ha sahədə kol kos yanmışdır.Yanğından digər sahələr mühafizə olunmuşdur. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli  rayonu, Qaradonlu kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi  385  kv.m olan  birmərtəbəli  kənd  xəstəxanasının  yanar konstruksiyaları və içərisindəki əşyalar 300 kv.m sahədə yanmışdır. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat qəsəbəsində vətəndaşa məxsus hər mərtəbəsi  140 kv.m olan   ikimərtəbəli 8 otaqlı evin  dam örtüyü 140 kv.m sahədə və 2-ci mərtəbədə 2 otağın yanar konstruksiysısrı və ev əşyaıarı 110 kv.m sahədə yanmışdır. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.