Geri

22 mart 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:59-da başa çatmışdır;

Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 46 kv.m sahədə yanmışdır. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 26 kv.m sahədə yanmışdır. Yanğın saat 12:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzilin giriş qapısının kilidinin sınması nəticəsində 4 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yeddimərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən həmin mənzilə beşinci mərtəbədən enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 13:57-də başa çatmışdır;

Saatlı rayonunda  vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot tayasının 1 tonu yanmışdır. Yanğından ot tayasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə nərdivan vasitəsilə qalxaraq eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirərkən 1940-cı il təvəllüdlü Rəsulova Elmira Bilal qızı yataq otağında çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri E.Rəsulovanı müayinə etmiş və onun vəfat etdiyini müəyyən etmişlər. Əməliyyat saat 14:50-də başa çatmışdır;

Ağdaş rayonu, Şordəhnə kəndində (rayon mərkəzindən 8 km aralı) kənd bələdiyyəsinə  məxsus  ərazidə 10 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlaması və 10 p.m kol-kosdan ibarət çəpər yanmışdır. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:54-də başa çatmışdır;

Füzuli rayonu, Qarabağ kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları 24 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır.  Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır.  Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Qasmalar kəndində (rayon mərkəzindən 18 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan, hal-hazırda istifadə olunmayan mağazanın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 5 otaqlı evin eyvanında 3 kv.m sahədə şkaf yanmışdır. Yanğın zamanı ev sahibinin nəvəsi pəncərə şüşəsini qıran zaman əl nahiyəsindən kəsik xəsarətləri almışdır. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "TOYOTA" markalı minik avtomobili Kalva çayını keçən zaman güclü çay axınınına  düşmüşdür. Avtomobildə  köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən xilasedicilər tərəfindən avtomobildən çıxarılmışdır. Əməliyyat saat 00:25-də başa çatmışdır;

Lənkəran rayonu, Haftoni qəsəbəsində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahəd və içərisinə yığılmış 400 kq ot bağlaması yanmışdır. Yanğın saat 00:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Hacımuradlı kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 06:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan koməkçi tikilinin taxta konstruksiyadan ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Yanğın saat 07:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.