Geri

11 mart 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Binəqədi  rayonunda giriş qapısının təsadüfən  kilidlənməsi nəticəsində 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar və giriş qapısını açmışlar. Əməliyyat saat 10:51-də başa çatmışdır; 

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın altına yığılmış 2 kub.m taxta yanmışdır. Yanğından talvar mühafizə olunmuşdur. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisindəki əşyalar 12 kv.m sahədə yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə  olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Sultan Nuxa kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xəlisə kəndində (rayon mərkəzindən 48 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın xidməti hadisə yerinə çatana kimi yataq xəstəsi olan ev sahibi Ç.R. Kərimovanın meyiti qonşular tərəfindən aşkar olunaraq evdən çıxarılmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu,Qaraçay kəndində (rayon mərkəzindən  11 km aralı) vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili 1974-cü il təv. Əzizov Rauf Sabir oğlu tərəfindən qaçırılarkən idarəeməni itirərək ağaca çırpılmışdır. R.S. Əzizovun sıxılmış meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:13-də başa çatmışdır; 

Gədəbəy rayonu, Kələman kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu  yanmışdır. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasınin girişində pilləkan  qəfəsinin altında, ümumi sahəsi 2 kv.m olan məişət cihazlarının təmiri köşkündə 1954-cü il təv. İmanov Ramiz Məmmədqulu oğlununn yanmış meyiti aşkar olunmuşdur. Yanğın hadisəsi olmamışdır. Əməliyyat saat 22:55-də başa çatmışdır; 

Sumqayıt şəhərində istifadəyə yararsız,  ümumi sahəsi 450  kv.m olan taxta konstruksiyalardan idarət barak tipli tikili yanmışdır.Yanğından yaxınlıqdakı tikililər mühafizə  olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Naftalan şəhərində hal-hazırda fəaliyyət göstərməyən "GORAN" sanatoriyasının ümumi sahəsi 380 kv.m olan birmərtəbəli yeməkxanasının yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğından yeməkxananın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda “Mercedes” markalı minik avtomobili  və “İsuzu” markalı yük avtomobili toqquşmuşdur. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:20-də başa çatmışdır.

Bakı şəhəri, Xətai rayonunda “BMW” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılmışdır. Xilasedicilər hadisə yerində müvafiq  təhlükəsizlik  tədbirləri görmüşlər. Əməliyyat saat 04:54-də başa çatmışdır.

Abşeron rayonu, Qobu qəsəbəsində hərbi şəhərciyin ərazisində  istifadəyə yararsız  ümumi sahəsi 300 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə  olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.