Geri

10 mart-2012-ci il saat 17:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Binəqədi  rayonunda giriş qapısının təsadüfən  kilidlənməsi nəticəsində 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar və giriş qapısını açmışlar. Əməliyyat saat 10:51-də başa çatmışdır; 

Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın altına yığılmış 2 kub.m taxta yanmışdır. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36  kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisindəki əşyalar 12 kv.m sahədə   yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Sultan Nuxa kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları  yanmışdır.  Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xəlisə kəndində (rayon mərkəzindən 48 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları   yanmışdır.  Yanğın xidməti  hadisə yerinə çatana kimi  kimsəsiz, yataq xəstəsi olan ev sahibi Ç.R.Kərimovanın  meyiti  qonşular   tərəfindən   aşkar olunaraq evdən  çıxarılmışdır. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

10 mart 2012-ci il saat 09:00-dək

Lənkəran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan təkər təmiri sexinin tavanı 12 kv.m sahədə yanmışdır. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan ikimərtəbəli altıotaqlı evin beş otağının yanar konstruksiyaları və ev əşyaları 86 kv.m sahədə yanmışdır. Yanğın saat 11:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonunda, Xanqərvənd kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan köməkçi tikilinin çardağı 50 kv.m sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 11:43-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda onbirmərtəbəli yaşayış binasının 2 liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, liftlər binanın elektrik enerjisi ilə təminatının kəsilməsi səbəbindən dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftlərin qapılarını açaraq, vətəndaşların liftlərdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:51-də başa çatmışdır;

Ucar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan dönər köşkünün yanar konstruksiyaları və bitişik tikilmiş ümumi sahəsi 16 kv.m olan foto salonun tavanı 1 kv.m və arakəsmə divar 2 kv.m sahədə yanmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Şəhadət Qarabağlar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağı 20 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 16:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşları liftdən çıxmasınan şərait yaratmışlar. Əməliyyat saat 16:25-də başa çatmışdır;

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan mağazanın lambirindən ibarət tavanı 100 kv.m sahədə və içərisində olan paltarlar qismən yanmışdır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir  şəhərində ümumi sahəsi 62 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 15 kv.m sahədə məişət tullantıları və 1 kv.m sahədə qapı, pəncərə çərçivəsi yanmışdır. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik  avadanlıqları yanmışdır. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Qobuqırağı kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv. m olan 1 mərtəbəli 2 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır.  Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının, aynabəndin yanar konstruksiyaları 85 kv.m sahədə yanmışdır. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 7 mart 2012-ci il tarixində Bakı şəhəri, Xəzər rayonunda, dənizdə balıqçı qayığı çevrilmiş və içərisində olan 2 nəfər itkin düşmüşdür. Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları davam etdirilir.