Geri

3 fevral 2012-ci il, saat 17:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda böyrək çatışmazlığından əziyyət çəkən 1982-ci il təvəllüdlü vətəndaşın getdiyi “VAZ” markalı minik avtomobilinin yolda çətinliklə üzləşməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər avtomobildə olan xəstənin xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə xəstəxanaya çatdırılmasını təmin etmişlər. Əməliyyat saat 10:20-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 900 kv.m olan quşçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanmışdır. Fermanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı fin tipli evdə otaqların birində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, otağın damı çökmüş, qapı və pəncərəsi çərçivədən çıxmış, ev sahibi və bacısı yanıq xəsarətləri almışlar. Yaralılar xəstəxanaya aparılmışlar. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

3 fevral 2012-ci il, saat 09:00-dək:

Son günlər Respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşmişdir. Yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilmişdir. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı şəhərinin Binə, Hövsan, Zirə, Zığ, Müşfiq, Dübəndi, Pirallahı və Abşeron rayonunun Qobu qəsəbələri istiqamətində, habelə Zığ-Hava limanı, Koroğlu metro stansiyası-Hava limanı, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücü və piyadalara lazımi köməklik göstərmiş, yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görmüşlər;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı mənzildə mətbəxin yanar konstruksiyaları və mətbəx əşyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 10:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli səkkizotaqlı evdə 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda “Toyota” markalı minik avtomobilinin üzərinə ağac aşması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər müvafiq qaydada aşmış ağacı hissələrə kəsmiş və avtomobilin üzərindən götürülməsini təmin etmişlər. Əməliyyat saat 13:53-də başa çatmışdır;

Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin içərisində yataq dəsti 4 kv.m sahədə yanmışdır. Yanğın saat 15:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı - 1934-cü il təvəllüdlü Gülü Rəsul qızı Vəliyevanın yanmış cəsədi aşkar edilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 115 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Yeni Daşkənd kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Şəfili kəndində (rayon mərkəzindən 29 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı evin çardağı 70 kv.m sahədə və mətbəxin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birotaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Abbaslı kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 3000 kv.m olan içərisində taxta arakəsmələrlə bölünmüş və yaşayış məqsədi ilə istifadə olunan yarımçıq tikilidə yanğın olmuşdur. Nəticədə, ümumi sahəsi 300 kv.m olan taxta konstruksiyadan ibarət üç tikili yanmışdır. Yanğın saat 04:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı orada yaşayan 1977-ci il təvəllüdlü Afaq Məmmədağa qızı Məmmədova, onun övladları - 2006-cı il təvəllüdlü Aydan Adil qızı Əliyeva və 2010-cu il təvəllüdlü Anar Adil oğlu Əliyevin yanmış cəsədləri aşkar edilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli üçotaqlı evdə arakəsmə divar və tavan 7 kv.m sahədə yanmışdır. Yanğın saat 07:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli beşotaqlı evdə partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, həmin vaxt evdə olan 4 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri xəsarət almış şəxslərə ilkin yardım göstərdikdən sonra onların xəstəxanaya çatdırılmasını təmin etmişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur;

Cəlilabad rayonu, Privolnoye kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 127 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 65 kv.m sahədə yanmışdır. Yanğın saat 08:59-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.