Geri

25 fevral 2012-ci il saat 18.15-dək

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə altımərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1945-ci il təvəllüdlü Peşetova Lyudmila Padlovnayanın cəsədi aşkar olunmuşdur. L.Peşetovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:08-də başa çatmışdır.

 

Geri

25.02.2012-ci il saat, 13:00-dək

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

25 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m olan marketin şaxtasında 10 p.m elektrik kabeli yanmışdır. Market yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli dördotaqlı evdə tüstübacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Zərərçəkmişlərin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 12:22-də başa çatmışdır;

Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarın yanar  konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Talvarın qalan hissəsi və bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə, çardağa yığılmış 2 ton ot bağlamasının 1 tonu və  tövləyə bitişik tikilmiş ümumi sahəsi 6 kv.m olan hin yanmış, hində olan cücələr (sayı məlum deyil) tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin eyvanında məişət qaz balonu alışmışdır. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan rayonunun Daşburun qəsəbəsində 2006-cı il təvəllüdlü Tural Ruslan oğlu Abışov gölə düşmüşdür. T.Abışovun cəsədi saat 19:15-də yerli sakinlər tərəfindən tapılaraq sudan çıxarılmışdır;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan üçotaqlı kürsülü evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Masallı rayonu, Qədirli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı evdə 1 ədəd divan və 1 ədəd pəncərə çərçivəsi yanmış, lambirindən ibarət tavan yüksək temperaturdan 15 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.