Geri

25 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m olan marketin şaxtasında 10 p.m elektrik kabeli yanmışdır. Market yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli dördotaqlı evdə tüstübacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Zərərçəkmişlərin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 12:22-də başa çatmışdır;

Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarın yanar  konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Talvarın qalan hissəsi və bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə, çardağa yığılmış 2 ton ot bağlamasının 1 tonu və  tövləyə bitişik tikilmiş ümumi sahəsi 6 kv.m olan hin yanmış, hində olan cücələr (sayı məlum deyil) tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin eyvanında məişət qaz balonu alışmışdır. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan rayonunun Daşburun qəsəbəsində 2006-cı il təvəllüdlü Tural Ruslan oğlu Abışov gölə düşmüşdür. T.Abışovun cəsədi saat 19:15-də yerli sakinlər tərəfindən tapılaraq sudan çıxarılmışdır;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan üçotaqlı kürsülü evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Masallı rayonu, Qədirli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı evdə 1 ədəd divan və 1 ədəd pəncərə çərçivəsi yanmış, lambirindən ibarət tavan yüksək temperaturdan 15 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.