Geri

24 fevral 2012-ci il saat 17:00-dək

Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarın yanar  konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi və bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə, çardağa yığılmış 1 ton ot bağlaması və  tövləyə bitişik tikilmiş ümumi sahəsi 6 kv.m olan hin yanmış, hində olan cücələr tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

24 fevral 2012-ci il saat 14:30-dək

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m olan marketin şaxtasında 10 p.m elektrik kabeli yanmışdır. Market yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli dördotaqlı evdə tüstü bacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Zərərçəkmişlərin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 12:22-də başa çatmışdır.

Geri

24 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından xüsusi alət və avadanlıqlar vasitəsilə enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 10:00-da başa çatmışdır;

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 13 km aralı) bələdiyyəyə məxsus ərazidə kol-kos 2 ha sahədə yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus tikintisi başa çatmamış, ümumi sahəsi 150 kv.m olan birmərtəbəli üçotaqlı evin çardağı 40 kv.m sahədə yanmışdır. Yanğın saat 22:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Nazirliyin “112 zəng mərkəzi”nə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisində yerləşən Beşbarmaq dağında (rayon mərkəzindən 26 km aralı) 6 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Görülmüş tədbirlər nəticəsində vətəndaşların xilas olunması təmin edilmişdir. Əməliyyat saat 22:31-də başa çatmışdır;

Gəncə şəhər sakini 1926-cı il təvəllüdlü Qravşenko Nikolay Qavriloviçin mənzilindən kəskin xoşagəlməz iyin gəlməsi, habelə mənzil sahibinin giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməməsi barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilmiş və döşəmədə N. Qravşenkonun cəsədi aşkar olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:40-da başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:40-da başa çatmışdır;

Sumqayıt şəhərində “VAZ” və “Hyundai” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, “VAZ” markalı avtomobilin sürücüsü yaralanmış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:56-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 7 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 06:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

21 fevral 2012-ci il tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış və itkin düşmüş 3 nəfərin axtarışları 23 fevral tarixində davam etdirilmişdir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən aparılan axtarışlar nəticəsində itkin düşmüş şəxslərdən biri - 1993-cü il təvəllüdlü Rıbaçok Aleksandr Aleksandroviçin cəsədi aşkarlanaraq sudan çıxarılmışdır. İtkin düşmüş 1988-ci il təvəllüdlü Məhərrəm Vahid oğlu Nəsirovun və 1989-cu il təvəllüdlü Turin Viktor Valeriviçin tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.