Geri

23 fevral 2012-ci il saat 12:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından xüsusi alət və avadanlıqlar vasitəsilə enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 10:00-da başa çatmışdır.

Geri

23 fevral 2012-ci il saat 09:00-dək

Bərdə şəhərində beşmərtəbəli yataqxana binasının sonuncu mərtəbəsindəki ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət qonşu mənzildə aynabəndin yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətində uçqun hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin həyətindəki hamamın betondan olan tavanı təmir işləri aparılarkən uçmuş, 1989-cu il təvəllüdlü Nurlan Allahverdi oğlu Qasımov hadisə yerində ölmüşdür. N.Qasımovun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:56-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1963-cü il təvəllüdlü kişi özünü çoxmərtəbəli yaşayış binasının damından atmaqla intihar etmək istəyir. Xilasedicilər dama çıxaraq vətəndaşla müvafiq danışıqlar aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını almışlar. Xilasetmə əməliyyatı saat 17:30-da başa çatmışdır;

Tərtər şəhərində xəstəxananın ərazisində ümumi sahəsi 405 kv.m olan ikimərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

21 fevral 2012-ci il tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmamış və onlarla əlaqə kəsilmişdir. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmış, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxmış, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidə aparmışdır. Görülmüş tədbirlər nəticəsində qayıq Pirallahı adasından, təqribən, 30 km şimala doğru dənizdə çevirilmiş vəziyyətdə aşkarlanmışdır. Fövqəladə Hallar Nazirliyinin helikopterləri və gəmiləri itkin düşmüş şəxslərin axtarışlarına başlamışlar;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1927-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri qadını müayinə etmiş və onun xəstə olduğunu müəyyən etmişlər. Əməliyyat saat 19:21-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, içəridə olduğu güman edilən şəxslər qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermirlər. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən uşaqlar yatmış vəziyyətdə aşkarlanmışlar. Əməliyyat saat 23:20-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, içəridə olduğu güman edilən şəxs qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən uşaq yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 23:36-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanmışdır. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 206 kv.m olan ikimərtəbəli 5 mənzildən ibarət kommunal tipli yaşayış evinin (1900-cü illərdə inşa olunmuşdur) 1-ci mərtəbəsindəki ümumi sahəsi 32 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları və 2-ci mərtəbəsindəki ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə döşəməsi 4 kv.m sahədə və aynabənd 1 kv.m sahədə yanmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın yerinin kəşfiyyatı zamanı 1-ci mərtəbədəki mənzilin sahibi - 1954-cü il təvəllüdlü İlyas Baxşeş oğlu Məhəmmədəliyevin yanmış cəsədi aşkar olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.