21 fevral 2012-ci il tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmamış və onlarla əlaqə kəsilmişdir. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmış, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxmış, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidələrə başlamışdır. Qayığın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin görülməsi davam etdirilir;
Bərdə şəhərində beşmərtəbəli yataqxana binasının sonuncu mərtəbəsindəki ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət qonşu mənzildə aynabəndin yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1946-cı il təvəllüdlü Məxmər Çərkəz qızıYusubovanın cəsədi aşkar olunmuşdur. M.Yusubovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti ürzə təhvil verilmişdir. Əməliyyat saat 11:32-də başa çatmışdır;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;
Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1960-cı il təvəllüdlü kişi bir neçə gün əvvəl dərinliyi, təxminən, 20-22 m olan boş su quyusuna düşmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 13:43-də başa çatmışdır;
Xaçmaz rayonu, Qaracəlli kəndində (rayon mərkəzindən 35 km aralı) ümumi sahəsi 50 kv.m olan məscidin tavanı 40 kv.m sahədə yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Qarajın qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:58-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılmışdır. Nəticədə, sürücü - 1986-cı il təvəllüdlü Miryusif Ələkbər oğlu Əhmədov hadisə yerində ölmüşdür. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış M.Əhmədovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:44-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:05-də başa çatmışdır;
Quba rayonu, Xucbala kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmış, tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olmuşdur. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.