Geri

21 fevral 2012-ci il, saat 17:00-dək

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1946-cı il təvəllüdlü Məxmər Çərkəz qızı Yusubovanın cəsədi aşkar olunmuşdur. M.Yusubovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti ürzə təhvil verilmişdir. Əməliyyat saat 11:32-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1960-cı il təvəllüdlü kişi bir neçə gün əvvəl dərinliyi, təxminən, 20-22 m olan boş su quyusuna düşmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 13:43-də başa çatmışdır.

Geri

21 fevral 2012-ci il, saat 09:00-dək

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan lambirindən ibarət talvar yanmışdır. Talvara bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Atuc kəndində (rayon mərkəzindən 16 km aralı) baytarlıq məntəqəsinin yerləşdiyi ümumi sahəsi 84 kv.m olan üçotaqlı binada tavan 18 kv.m sahədə yanmışdır. Məntəqənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Bum qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsindəki otağın tavanı 4 kv.m sahədə yanmışdır. Yanğın saat 14:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan qarajın yanar konstruksiyaları 30 kv.m sahədə və qarajın içərisində olan “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin və yaxınlıqdakı ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları (ümumi 39 kv.m) yanmışdır. Yanğın saat 17:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 66-cı kilometrliyində "MAZ" markalı yanacaqdaşıyan yük avtomobili qəzaya uğramışdır. Yanğın hadisəsi baş verməmişdir. Qəzanın nəticələri aradan qaldırılanadək yanğınsöndürənlər hadisə yerində növbə çəkmişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Sumqayıt şəhərində Etilen Polietilen zavodunda sexlərin birində sobanın ətrafına dağılmış benzin yanmışdır. Sexdəki texnoloji qurğular və qonşu sobalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına texnoloji prosesin pozulması səbəb olmuşdur;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına yol-nəqliyyat qəzası səbəb olmuşdur;

Sumqayıt şəhərində ümumi sahəsi 12 kv.m olan istifadəsiz köşkün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Valeri Nikolayeviç Kisilyovun cəsədi aşkar olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.