Geri

20 fevral 2012-ci il, saat 18:00-dək

Qəbələ rayonu, Bum qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsindəki otağın tavanı 4 kv.m sahədə yanmışdır. Yanğın saat 14:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan qarajın yanar konstruksiyaları 30 kv.m sahədə və qarajın içərisində olan “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

20 fevral 2012-ci il, saat 17:00-dək

Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Atuc kəndində (rayon mərkəzindən 16 km aralı) kənd icra nümayəndəliyinə məxsus ümumi sahəsi 84 kv.m olan üçotaqlı binada tavan 18 kv.m sahədə yanmışdır. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

20 fevral 2012-ci il, saat 14:30-dək

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan lambirindən ibarət talvar yanmışdır. Talvara bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 fevral 2012-ci il, saat 09:00-dək

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə, aynabənddə və mətbəxdə tavan 45 kv.m sahədə yanmışdır. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açmışlar. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 11:14-də başa çatmışdır;

Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 18 mənzildən ibarət kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Həzrəoba kəndində (rayon mərkəzindən 53 km aralı) ümumi sahəsi 280 kv.m olan birmərtəbəli binanın yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Binasının qalan hissəsi və bitişik köməkçi tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Alpout kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus qamışdan olan, ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanmışdır. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Qoxmuq kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 746 kv.m olan dülgər sexində qurutma kamerasının yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qasımbəyli kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli ikiotaqlı evin tavanı 22 kv.m sahədə yanmışdır. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda “VAZ” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, xəsarət alan olmamışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:50-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1999-cu il təvəllüdlü 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 01:00-da başa çatmışdır;

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli ümumi sahəsi 520 kv.m olan şirniyyat sexinin yanar konstruksiyaları 150 kv.m sahədə və sexin içərisindəki anbarın yanar konstruksiyaları 140 kv.m sahədə, habelə 1 ədəd transformatorun yağı və sarğıları yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus qamışdan olan ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.