Bakı şəhəri, Xətai rayonunda özüldə dayanmış köhnə, istismara yararsız və kəsilməkdə olan gəmi mazut qalıqları 80 kv.m sahədə yanmışdır. Yaxınlıqda dayanmış gəmilər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonunda Bakı-Şamaxı yolunun 28-ci kilometrliyində “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, minik avtomobilindəki 3 nəfər həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər cəsədlərin nəqliyyat vasitəsindən çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin etmiş, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 18:11-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili Cavanşir körpüsündən aşmışdır. Nəticədə, sürücü xəsarət almışdır. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Xilasedicilər qəza nəticəsində yanacaq-sürtgü materiallarının ətrafa dağılması səbəbindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:59-da başa çatmışdır;
Saatlı şəhərində ümumi sahəsi 300 kv.m olan taxta konstruksiyadan ibarət ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsindəki ümumi sahəsi 15 kv.m olan otağın yanar konstruksiyaları və sənədlər yanmışdır. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 00:37-də başa çatmışdır;
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yataqda yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:47-də başa çatmışdır;
Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1922-ci il təvəllüdlü 1-ci qrup əlil qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın döşəmədə aşkarlanmışdır. Vətəndaşın çarpayıdan yıxıldığı müəyyən olunmuşdur. Əməliyyat saat 06:48-də başa çatmışdır;
Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki restoranda ümumi sahəsi 5 kv.m olan gözətçi otağının yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birotaqlı mənzilin yanar konstruksiyaları, dəhlizin lambirdən ibarət tavanı 8 kv.m sahədə yanmışdır. 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.