Geri

19 fevral 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 350 kv.m olan birmərtəbəli ikimənzilli kommunal tipli binada vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan beşotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, habelə vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan yeddiotaqlı mənzilin yanar konstruksiyaları 120 kv.m sahədə və ev əşyaları qismən (cəmi 220 kv.m) yanmışdır. Yanğın saat 13:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda “MAN” markalı yük avtomobili fərdi evin  həyətinin daş hasarına çırpılaraq həyətə girmişdir. Nəticədə, sürücü yaralanmışdır. Yaralı aidiyyəti üzrə aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:33-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan dördotaqlı evin yanar konstruksiyaları, ev əşyaları 55 kv.m sahədə və tavanı 5 kv.m sahədə yanmışdır. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları  15 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Telavar kəndində torpaq sürüşməsinə meyilli sahələrdə sürüşmə prosesi fəallaşmışdır. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri hadisə yerinə baxış keçirmişlər. Sürüşmə prosesinin aktiv olduğu bildirilmişdir;

Xaçmaz rayonu, Qarğalıq kəndi ərazisindən qayıqda balıq ovuna çıxmış 2 nəfərin hava şəraiti ilə əlaqədar geriyə qayıda bilməməsi və dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qayıq sahildən, təxminən, 300 metr aralıda buz parçalarının arasında qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Şimal Regional Mərkəzi ilə birgə keçirdiyi əməliyyat nəticəsində hər iki balıqçı saat 23:38-də xilas olunmuşdur. Balıqçıların ilkin tibbi yardıma ehtiyacı olmamışdır.