Geri

18 fevral 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mənzilin mətbəxində 1 ədəd “Minsk” markalı soyuducu və rəf 1 kv.m sahədə yanmış, mətbəx əşyaları isə yüksək temperaturdan qarsalanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı – 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılovanın cəsədi aşkar olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 kv.m olan şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və yüksək gərginlikli elektrik kabelləri 2 p.m uzunluqda yanmışdır. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, onun qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:07-də başa çatmışdır;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan çayxananın taxta konstruksiyasından ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Yanğın saat 00:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.