Geri

17 fevral 2012-ci il, saat 17:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Geri

17 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 13:08-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda mədən ərazisində transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 14:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Xətai rayonunda limanda “PTS” ("ПТС") markalı “Mərdəkan” adlı balıqçı gəmisində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Nəticədə, gəmidə kayutun yanar konstruksiyaları 8 kv.m sahədə, kapitan körpüsü 5 kv.m sahədə yanmış və göyərtənin metal konstruksiyaları 30 kv.m sahədə partlayış dalğasından dağılmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı gəminin kapitanı - 1964-cü il təvəllüdlü Hacı Həsən oğlu Xanputayev, matros - 1965-ci il təvəllüdlü Maarif Bəyzadə oğlu Ağayev, mexanik - 1966-cı il təvəllüdlü Sahib Mirzə oğlu Beydullayev və qaynaqçı - 1960-cı il təvəllüdlü Mehman Cəmil oğlu Hacıyevin cəsədləri aşkar olunmuşdur. Gəminin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. İlkin ehtimala görə, partlayışa qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olmuşdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də cəlb olunmuşlar. Xilasedicilər müvafiq qaydada cəsədlərin üzərində olan dəmir parçalarını qaldırmış və cəsədləri aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.  Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi avadanlıq vasitəsi ilə qalxaraq eyvandan daxil olmuşlar. Xilasedicilər müvafiq qaydada giriş qapısının açılmasını təmin etmişlər. Əməliyyat saat 14:20-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda mədən ərazisində neft quyusunun qazılmasında istifadə olunan "AKA" markalı xüsusi təyinatlı avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı neft quyuları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Azsamand” markalı minik avtomobili yol kənarındakı hasara çırpılmışdır. Nəticədə, sürücü - 1973-cü il təvəllüdlü Vüqar Arif oğlu Həsənov hadisə yerində ölmüşdür. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə V.Həsənovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:00-da başa çatmışdır; Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:22-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1932-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının  5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində qadının xəstə olduğu müəyyən edilmişdir. Əməliyyat saat 22:54-də başa çatmışdır;

Neftçala rayonu, Xol Qarabucaq kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan ikimərtəbəli onotaqlı (birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi taxta və qamışdan olan) evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 23:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:30-da başa çatmışdır;