Geri

16 fevral 2012-ci il, 14:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 13:08-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş vermişdir. İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnmişdir. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

16 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda mənzilin eyvanında bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, üçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə eyvanın qapısı təsadüfən kilidlənmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə pilləkən qəfəsindəki pəncərədən keçərək həmin mənzilin eyvanına daxil olmuşlar. Xilasedicilər müvafiq qaydada eyvanın qapısını açmışlar. Əməliyyat saat 13:40-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasından keçən mərtəbələrarası elektrik kabelləri 50 p.m uzunluqda yanmışdır. 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilmiş, mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda əsasən qamış konstruksiyadan ibarət ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü 150 kv.m sahədə yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də cəlb olunmuşlar. 8 nəfər bina sakini xilasedicilər tərəfindən təxliyyə olunmuşdur;

Yevlax şəhərində orta məktəbin yerləşdiyi hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli binanın 1-ci mərtəbəsində emalatxananın giriş qapısı, döşəməsi və içərisində olan taxta yonqarı 4 kv.m sahədə yanmışdır. Məktəb binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:55-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək 8-ci mərtəbədəki mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Zaxarov İqor Dmitriyeviç yataq otağında çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində İ.Zaxarovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:42-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:56-da başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan ikiotaqlı mənzildə ev əşyaları 6 kv.m sahədə yanmış, eyvanın lambirindən ibarət tavanı yüksək temperaturdan 5 kv.m sahədə ərimiş, mənzildə olan 1 nəfər yaralanmışdır. Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 14 km aralı) ümumi sahəsi 1040 kv.m olan cücə sexinin içərisinə səpilmiş saman 500 kv.m sahədə yanmışdır. Sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli altıotaqlı evin 1-ci mərtəbəsində tavan 6 kv.m sahədə və 2-ci mərtəbədə döşəmə 6 kv.m sahədə yanmışdır. Yanğın saat 07:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı  rayonunda “Mercedes” markalı minik avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılmışdır. Nəticədə, sürücü yaralanmış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər müvafiq qaydada yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə zəruri təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 07:58-də başa çatmışdır;

14 fevral 2012-ci il tarixində axşam saatlarında Göyçay şəhərinin mərkəzindən 3 km şimal istiqamətində, dağlıq ərazidə torpaq sürüşməsi baş vermişdir. Nəticədə, sürüşmə ərazisindəki Ərəb arxının qarşısı kəsilmiş, ərazidən keçən diametri 1200 mm olan yüksək təzyiqli qaz kəməri zədələndiyi üçün qaz sızması yaranmışdır. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası aidiyyəti idarələrin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür;

Neftçala rayonunun Bankə və Xıllı qəsəbələrində bəzi ərazilər qarın intensiv əriməsi nəticəsində su ilə dolduğu üçün Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir.