Geri

1 fevral 2012-ci il, saat 09:00-dək

 

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər vətəndaşların liftdən çıxarılmasını təmin etmişlər. Əməliyyat saat 09:56-da başa çatmışdır;

Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin dam örtüyü 20 kv.m sahədə yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər vətəndaşların liftdən çıxarılmasını təmin etmişlər. Əməliyyat saat 14:21-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli evin mansardasındakı otaq içərisindəki əşyalarla birlikdə 72 kv.m sahədə yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın ərazisində təmir-tikinti işləri aparılan vaxt partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, aviasiya bombasının tədris-təlim məqsədləri üçün nəzərdə tutulmuş mulyajıdır. Əməliyyat saat 20:03-də başa çatmışdır;

Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 9 km aralı) “Mercedes” markalı minik avtomobili və “QAZ” markalı avtobus toqquşmuşdur. Nəticədə,  minik  avtomobilinin sürücüsü və 2 nəfər sərnişini xəsarət almışlar. Hadisə yerinə gəlmiş xilasedicilər yaralıların deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin etmişlər. Əməliyyat saat 20:33-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal  rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 112 ədəd elektrik sayğacı, elektrik şaxtasında mərtəbələrarası kabellər 70 p.m uzunluqda və ümumi sahəsi 560 kv.m olan çardağın yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. 23 nəfər sakin, o cümlədən 3 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən tüstülənmiş zonadan təxliyyə olunmuşlar. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan kafenin lambirdən ibarət tavanı və taxta üzlüyü 20 kv.m sahədə və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 02:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin çardağının yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 05:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan çay evinin ərazisində taxta konstruksiyadan ibarət iki çay otağı 20 kv.m sahədə yanmışdır. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 15 000 kv.m olan Mərkəzi Kolxoz Bazarında yüngül konstruksiyalardan ibarət talvar və altında olan satış piştaxtaları (hər birinin ümümi sahəsi, təqribən, 8 kv.m olmaqla 146 ədəd) 2 400 kv.m sahədə yanmışdır. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.