Geri

31 dekabr 2012-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

31 dekabr 2012-ci il tarixində saat 19:03-də Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus evdə yanğın olması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Saat 19:16-da Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə çatmışdır. Müəyyən olunmuşdur ki, ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin qamış və polietilendən ibarət tavanı yanmışdır. Evdə nəzarətsiz qalmış 3 nəfər azyaşlıdan 1-i 2012-ci il təvəllüdlü Rəvan Ruslan oğlu Orucov hadisə yerində ölmüş, ikisi yanıq xəsarətləri ilə xəstəxanaya aparılmışdır. Yanğın, yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Geri

31 dekabr 2012-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Samux rayonu, Poylu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus  otlaq sahəsində yığılmış 6 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2012-ci il saat 09:20-dək, ilkin məlumata əsasən

Şəmkir şəhəri, Yasamal dağının aşırımında (rayon mərkəzindən 12 km aralı) 1966-cı il təv. Yusubov Muzahim Səməndər oğluna məxsus "VAZ-2106" markalı minik avtomobili dərəyə aşmışdır. Nəticədə avtomobildən kənara düşmüş sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən dərədən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 17.50-də başa çatmışdır;

Yardımlı rayonu, Köryədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli istehsalat tədris kombinatının 1-ci mərtəbəsində vətəndaşa məxsus otaqda ev əşyaları 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Suvagl kəndində (rayon mərkəzindən 16 km aralı) 1986-ci il təv. Davudov Elçin Tacəddin oğluna məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşmışdır. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü E.T. Davudov müxtəlif bədən xəsərətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil yerilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 05.00-da başa çatmışdır;

Masallı rayonu, Hüseynhacılı kəndində (rayon mərkəzindən 8 km aralı)  transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında döşəmə 2 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2012-ci il saat 06:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində yerləşən 1 otağında 2 ədəd yataq dəsti və "Beko" markalı kondisioner yanmışdır. İnzibati bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2012-ci il saat 01:50-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Slavuta” markalı minik avtomobili və “İsuzu” markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə “Slavuta” markalı minik avtomobili deformasiyaya uğramış, avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Əhmədov Zaur Aqil oğlu və sərnişin Hüseynov Rasim Möhsün oğlu hadisə yerində vəfat etmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:55-də başa çatmışdır;