Geri

30 dekabr 2012-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2 otağın, aynabəndinin yanar konstruksiyaları 64 kv.m sahədə və dam örtüyü 44 kv.m (ümumi 108 kv.m) sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Cəlilli kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2012-ci il saat 07:45-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonu, Göylər kəndində (rayon mərkəzindən 21 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

İmişli rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və cihazlar lovhəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 dekabr 2012-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evində dağıntı ilə nəticələnən partlayış hadisəsi baş vermişdir. Yanğın hadisəsi olmamışdır. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş vermişdir. Partlayış nəticəsində evin bir hissəsi uçmuşdur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və yanğın bölmələri hadisə yerində insan faktoru aşkar etməmişlər. Əməliyyat saat 22:19-da başa çatmışdır.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.