Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, 2 ədəd 100 millimetrlik təlim üçün nəzərdə tutulmuş top mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilmişdir. Əraziyə əlavə baxış keçirilmiş və digər şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 13:09-da başa çatmışdır.
Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı, 1 p.m kabel və yaxınlıqda qoyulmuş “BK-1500” markalı kondisioner yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan vaqon tipli otağın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində ümumi sahəsi 70 kv.m olan otaqda rəf və döşəmə 2 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli inzibati binanın anbarında (12 kv.m olan) 1 ədəd “Beko” markalı kondisioner və lambirdən ibarət tavan 2 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Qalağayın kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan üçotaqlı evin 1 otağında qamışdan ibarət tavanı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda “VAZ” markalı minik avtomobili yolun kənarındakı daş hasara çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:52-də başa çatmışdır.