Geri

28 dekabr 2012-ci il saat 07:15-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində ümumi sahəsi 70 kv.m olan otaqda rəf və döşəmə 2 kv.m sahədə  yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 1000 kv.m olan  ikimərtəbəli inzibati binanın anbarında (12 kv.m olan) 1 ədəd “Beko” markalı kondisioner və lambirdən ibarət tavan 2 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qalağayın kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan üçotaqlı evin 1 otağında qamışdan ibarət tavanı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 dekabr 2012-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda “VAZ” markalı minik avtomobili yolun kənarındakı daş hasara çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:52-də başa çatmışdır.